Heydər Əliyev dühası işığında

Heydər Əliyev dühası işığında backend

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dühası işığında” adlı tədbir keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş Mərkəzin əsas fondunda saxlanılan eksponatlardan, kurs üzvlərinin əl işlərindən, həmçinin Heydər Əliyevin Ağcabədiyə səfərləri zamanı çəkilmiş fotolardan ibarət sərgi ilə olublar.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən ətraflı danışıblar. Bildirilib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub.

Bədii hissədə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin rəqs qrupunun, Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər və Hacıbədəlli kənd Uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin təqdim etdiyi rəqslər, mahnılar və şeir kompozisiyası tədbirə xoş ovqat qatıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Mərkəzin həyata keçirdiyi tədbirlərdə fəal iştirakına görə elmi işçi Ruhin Hüseynov, bələdçi Səbinə Mamedova, rəqs kursunun rəhbəri Vüsalə Zeynalova, rəsm kursunun rəhbəri Aytac Abışova fəxri fərmanla təltif edilib.

 

 

Diaspora