UNEC və Hacettepe Universiteti birgə fəaliyyətə başlayır

UNEC və Hacettepe Universiteti  birgə fəaliyyətə başlayır backend

Azərbaycan Dövlət İqtisad Universitetindən QAZİLER.AZ saytına verilən məlumata görə,Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni istiqamət üzrə kadr hazırlığına başlanılır.


Türkiyə universitetləri arasında akademik reytinqinə görə 1-ci sırada, QS reytinqinə görə dünyada 601-ci sırada olan Hacettepe Universiteti ilə əldə olunan razılığa əsasən, “Səhiyyə menecmenti” ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramı təşkil ediləcək. Proqram UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində reallaşdırılacaq. Proqrama əsasən, magistrlar hər iki universitetdə mübadilə formasında təhsil alacaqlar. Türkiyə Respublikası Ali Təhsil Şurası layihənin reallaşdırılmasına dəstək verəcək. Bununla bağlı Türkiyəyə səfəri çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovla Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç arasında razılıq əldə olunub.
UNEC-də “Səhiyyə menecmenti” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən çoxsaylı özəl tibb müəssisələrin peşəkar idarəetməsinə dəstək göstərməkdir. Qərb ölkələrindəki təcrübəyə əsasən, bu tip müəssisələrin idarəedilməsi ixtisaslaşmış menecerlər tərəfindən həyata keçirilir. UNEC bu proqram vasitəsilə Azərbaycanda səhiyyə menecerlərinə olan kadr tələbatını ən qısa zamanda ödəyə biləcək.
Qeyd edək ki, Hacettepe Universiteti səhiyyə menecmenti ixtisasında peşəkar kadrların yetişdirilməsində böyük təcrübə malikdir. Ali təhsil müəsissəsinin tibb fakültəsi QS reytinqinə görə dünyada 301-ci sırada qərarlaşmışdır.
Diaspora