Müharibə veteranlarının müavinəti artırılsın - TƏKLİF

Müharibə veteranlarının müavinəti artırılsın -  TƏKLİF backend

“Müharibə veteranları 80 manat müavinət alır. Hesab edirəm ki, həmin müavinətin məbləği 130 manata çatdırılmalıdır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, müharibə veteranlarının aldığı 80 manat müavinət kommunal xərcləri ödəmək üçün azdır. 

“Müavinət 80 manat həcmində təyin ediləndə, qazın, işığın, suyun qiyməti indikindən ucuz idi. Bu gün isə qiymətlər bahalaşıb. Ona görə də, hesab edirəm ki, müharibə veteranlarının aldığı müavinətin həcmi artırılmalıdır”, - deyə o təklif edib.

Diaspora