İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.
“Report”un məlumatına görə, məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.
Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.
Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.
*****
Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin siyahısı müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki, namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.
Siyahıda yer alan namizədlər aşağıdakılardır:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:
1. Cəfərov Həsən Şahhüseyn oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri
2. Talıbov Əzim Zahid oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi
Azərbaycan Milli Elmlər Akademiyasından:
1. Kərimli Teymur Həşim oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent
Azərbaycan Mətbuat Şurasından:
3. Həsrət Azər Hacıqulu oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Fərəcov Aqil Ələsgər oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü