Sabirabadın icra başçısından Vətən Şəhidlərinə hörmətsizlik: Milli Qəhrəmanın büstünün və bulağın açılışına qatılmadı

Sabirabadın icra başçısından Vətən Şəhidlərinə hörmətsizlik:  Milli Qəhrəmanın büstünün və bulağın açılışına qatılmadı backend

Sabirabadda şəhid Milli Qəhrəman Murad Mirzəyevin büstünün, həmçinin Vətən Şəhidləri adlı abidənin və bulağın açılışı olub.

Demokrat.az xəbər verir ki, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Lakin sözügedən açılış mərasiminə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov və rayon rəhbərliyi dəvət olunsa da, ancaq onlardan heç biri tədbirə qatılmayıb. Mərasim iştirakçıları icra başçısının bu cür laqeyd hərəkətini pisləyiblər. 

Diaspora