DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər backend

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatıb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.

Onlar Azərbaycanın Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanıb və üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdiriblər.

Diaspora