QAZİLER.AZ saytı xəbər verir ki, 1-ci qrup Qarabağ qazisi (əlili) Hacıyev Zaur Namiq oğlu bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.
O, 107 saylı Qazax seçki dairəsindən seçkilərə qatılmaq üçün müraciət edib.Qeyd edək ki, Z.Hacıyev 27 sentyabr 1970 ildə Qazax rayonunda doğulub. 1987-ci ildə ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutuna daxil olub.
Z.Hacıyev 1992-94 cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcər uğurunda gedən döyüşdə ağır yaralanıb, 1-ci qrup Qarabağ qazisidir (əlilidir). Qarabağ qazilər birliyinin fəal üzvlərindəndir.
Ailəlidir, 2 övladı var.