Ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 29-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.