Nazir iki polis rəisini vəzifəsindən azad etdi

Nazir iki polis rəisini vəzifəsindən azad etdi backend

Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı Polis Bölməsinin rəisi tutduqları vəzifədən azad olunublar.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Belə ki, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyev tutduqları vəzifədən azad olunublar.

Hər ikisinin sərəncama götürüldüyü bildirilir.

Diaspora