Qurban bayramında paytaxtda kənd təsərrüfatı yarmarkaları bərpa olunacaq. ANS TV-nin məlumatına görə, nazir bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də Qurban bayramında insanların daha ucuz qurbanlıq ala bilməsi üçün bir neçə min heyvan alınıb. Bayramda onlar müəyyən olunmuş yerlərdə əhaliyə satılacaq.
Bundan başqa Qurban bayramında paytaxtda ənənəvi kənd təsərrüfatı yarmarkaları da bərpa olunacaq.Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Bakı Şəhər İcra başçısı ilə aparılan danışıqlardan sonra yarmarkaların keçiriləcəyi yerlər artıq müəyyənləşdirilib. Məqsəd- həmişəki kimi əhaliyə kənd təsərrüfatı mallarını daha ucuz təqdim etmək və həmçinin fermerlərin bazar çıxışını təmin etməkdir.