Dünyanın ən məşhur mobil messenсeri yeniliyə imza atıb. Ən məşhur mobil messencer olan WhatsApp, azərbaycanlıların çoxdan gözlədikləri yeniliyə imza atıb. Milli.Az oxu.az-a istinadən bildirir ki, dünyanın ən böyük mesajlaşma şəbəkəsinə Azərbaycan bayrağı əlavə olunub.
Belə ki, WhatsApp istifadəçiləri bayraqlar olduğu bölmədə, Azərbaycan bayrağını seçib, digər istifadəçiyə göndərə bilərlər.Qeyd edək ki, hazırda WhatsApp-da bayraqların olduğu bölmədə Azərbaycan bayrağı yalnız iOS istifadəçiləri üçün mövcuddur.