Azərbaycanda son sutkada 4 nəfər koronadan ölüb

Azərbaycanda son sutkada 4 nəfər koronadan ölüb backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 259 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 13 959 427 nəfər təşkil edir.

Diaspora