Əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 722 şəxsə xidmətlər göstərilib.

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.

2023-ci ilin 1-ci rübündə Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

Diaspora