Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis leytenantı Elvin Şabanov Tərtər rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin baş inspektoru təyin olunub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, o, daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında çalışıb.
Qeyd edək ki, Elvin Şabanov Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi Faiq Şabanovun qardaşı oğludur.