Maştağa sakinindən qumbaralar və alışdırıcılar götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbə sakini Elmar Dadaşovdan 2 ədəd “F-1” qumbarası və 2 ədəd “UZQRM” tipli alışdırıcı götürülüb.
Faktla bağlı araşdırma aparılır.Maştağalıdan qumbaralar və alışdırıcılar götürülüb

