ƏƏSMN-nin e-xidmətlərinə bu ilin ilk rübündə 1,2 milyon müraciət qeydə alınıb

ƏƏSMN-nin e-xidmətlərinə bu ilin ilk rübündə 1,2 milyon müraciət qeydə alınıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 2023-cü ilin birinci rübü ərzində 1,2 milyon müraciət qeydə alınıb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və I rübdə Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 29,7 milyon olub.

Son 3 ayda e-sosial.az portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə istifadə olunub.

 

Diaspora