Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 25-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sentyabrın 16-da hava yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.