Vaan Martirosyan: Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır

Vaan Martirosyan: Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır backend

Serj Sarkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib.

Trend-in məlumatına görə, bunu V.Martirosyan Bakıda mətbuat konfransında deyib.

O qeyd edib ki, Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.

V.Martirosyan Azərbaycanda siyasi sığınacaq istəmişdi.
Diaspora