Daha 2190 şəxs peşə hazırlığına cəlb edilib

Daha 2190 şəxs peşə hazırlığına cəlb edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 1-ci rübündə 2190 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. 

Nazirlikldən Qaziler.az-a bildirilib ki, onlardan 1191 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. 

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. 

Artıq 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslərin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır.

Diaspora