48 tələbə Prezident təqaüdündən məhrum edilib

48 tələbə Prezident təqaüdündən məhrum edilib backend

Hər il ali məktəb imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərin bir qrupuna Prezident təqaüdü verilir. Amma I kursda Prezident təqaüdünə layiq görülənlərdən kimlərsə II, III kurslarda əlaçılığı əldən verirlər. Bu halda isə onlar sözügedən təqaüddən məhrum olurlar.

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, Prezident təqaüdünə layiq görülmüş və hazırda II-IV kurslarda (cari ildə qəbul olunan Prezident təqaüdçüləri bura daxil deyil) təhsil alan 243 nəfər tələbədən 195-i hazırda həmin təqaüdü almaqda davam edirlər.

Rəsmi məlumatda o da bildirilib ki, müxtəlif səbəblərdən həmin təqaüddən məhrum edilənlər 48 nəfər təşkil edir. Bu səbəblər kimi tələbələrin yüksək göstəricilərə nail ola bilməmələri, digər ali məktəblərə köçürülmələri, akademik borclarının olması göstərilir.

Qeyd edək ki, bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü ayrılıb.
Diaspora