Min aydan xeyirli olaraq xarakterizə edilən və Ramazan ayının göndəricisi kimi qəbul edilən Qədr gecəsi Ramazan ayının 27-ci gecəsində gerçəkləşir. Bu gecə Allah qatında o qədər qiymətlidir ki, Ramazan-i Şərifin gözbəbəyi olaraq da təsvir etmək mümkündür.
Qədr gecəsi bilinməli olan ən qiymətli gecələrdəndir. Bəs, müsəlmanlar Qədr gecəsi necə namaz qılmalı və hansı duaları oxumalıdırlar? Qədr surəsində nə deyilir?
Uca Allah Quranın 97-ci surəsinin “Qədr” surəsində belə buyurur:
Rəhman və Rəhimli Allahın adı ilə
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. (2/185; 44/3)
2. Qədr gecəsini (n fəzilətini) haradan biləcəksiniz?
3. (O) Qədr gecəsi (Qədr gecəsi olmayan) min aydan daha xeyirlidir.
4. Mələklər və Ruh hər bir iş üçün Rəbbinin izni ilə (gələn ilə qədər olacaq hikmət) onun üzərinə enərlər. (44/4)
5. O (gecə) sübh açılana qədər (ibadət əhlinə) bir salamdır (rəhmət və salamatdır).
Bu gecə ediləcək ibadət və duaların dəyəri 80 ildən daha dəyərlidir. Bu gecədə ediləcək ən mühüm ibadətlərdən biri duadır. Hz.Aişə (r.a) Peyğəmbər (s.ə.s):
-Ey Allahın Rəsulu! Əgər qədr gecəsinin hansı gecə olduğunu bilsəm, o gecəni necə ibadət edə bilərəm?”- deyə soruşub.
Peyğəmbərimiz (s.ə.s) ona belə dua etməyi tövsiyyə edib: “Allahummə innəkə əfuvvun tuhinnul əfva fafu ənni”.
Mənası belədir: "Allahım! Sən çox bağışlayansan, bağışlamağı sevirsən. Məni bağışla!”
QAZİLER.AZ