Vakant dövlət qulluğu vəzifələri üçün yeni müsabiqə

Vakant dövlət qulluğu vəzifələri üçün yeni müsabiqə backend

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.
Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək arzusunda olanlar müraciət formasını bu gündən oktyabrın 17-si saat 18:00-dək Komissiyayanın rəsmi internet səhifəsində qeydiyyatdan keçərək doldurmalıdırlar.
Qeyd edək ki, 16 sentyabr tarixdən “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən hazırki göstəricilərə görə 254 nəfər test imtahanında iştirak edib. Onlardan 43-ü müsabiqədə uğur qazanıb. 189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları 21 sentyabrda başa çatacaq
Diaspora