Respublika üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Respublika üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi məlumata görə, aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, aprelin 14-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

 

 

 

Diaspora