Bu ilin birinci rübündə qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov DİN-in kollegiya iclasında deyib.
O bildirib ki, bu ilin ilk 3 ayında müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib:
"Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib".