"Prezident İlham Əliyev bir dəfə bizi qəbul etdiyi zaman açıq mətnlə demişdi ki, sizin tənqidləriniz mənim işimə çox kömək edir. Mən bir çox məsələlər haqqında siz jurnalistlərin yazdıqlarından xəbər tuturam. Yazın, tənqid edin. Bu, cənab Prezidentin sadəcə bir fikri deyildi, həm də bizə tapşırığı idi. Bu sözlərə qədər də tənqidçi olmuşam, ondan sonra da tənqidlərimdən geri durmuram".
Qaziler.az xəbər verir ki, bu haqda Əməkdar jurnalist Azər Həsrət paylaşımında qeyd edib. Onun yazdıqlarından aydın olur ki, tanınmış jurnalistin tənqidləri bəzi məmuları narahat etdiyindən özünə və ailəsinə qarşı böhtan atırlar:
"Amma görürəm ki, ölkə başçısının bu kişiyana iradəsi bəzi məmurlara dərs olmur! Bu zümrə özünü Prezidentdən də üstün tutur deyəsən. Elə olmasaydı bizim tənqidlərimizi top-tüfənglə qarşılamaz, şəxsimizə, ailəmizə qarşı şər-böhtan kampaniyası aparmazdılar!
Prezidentin iradəsinə belə xəyanət edən bu şərəfsiz sürüyə yerini göstərməsəm mən də mən olmayam gərək!
Bir-bir yeyəcəksiniz atdığınız böhtanları! Demədi deməyin!"
QAZİLER.AZ