Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar?

Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar? backend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti “WhatsApp” təsdiqləmə kodunu heç kəslə paylaşmamağınızı tövsiyə edir.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, “WhatsApp” təsdiqləmə kodunuz ələ keçirilibsə və hesabınızda giriş edə bilmirsinizsə, hesaba girişi bərpa etmək üçün bu addımları izləyin:

1) İlk növbədə hesabın sizdə olmadığı barədə yaxın dost və tanışlarınıza məlumat verin;

2) Daha sonra “WhatsApp” hesabınıza giriş etmək üçün mobil nömrənizi daxil edin;

3) Mobil nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edin;

4) 6 rəqəmli kodu daxil etdikdə hesabınızın ələ keçirildiyi cihazdan avtomatik çıxış olunacaq;

5) Sizdən ikimərhələli təsdiqləmə kodu daxil etməyiniz tələb olunur;

6) Əgər kodu bilmirsinizsə və yaxud həmin kod hesabınızı ələ keçirən şəxs tərəfindən təyin olunubsa, hesabınıza girişin bərpası üçün 7 gün gözləməlisiniz;

7) 7 gündən sonra kod tələb olunmadan hesabınıza giriş etməyiniz mümkün olmuyacaq;

8) Hesabınızda ikimərhələli tanınma funksiyasını mütləq aktivləşdirin.

Diaspora