Bakıda 3 nömrəli Uşaq evinin direktoru işdən çıxarılıb

Bakıda 3 nömrəli Uşaq evinin direktoru işdən çıxarılıb backend

Bakıda 3 nömrəli Uşaq evinin direktoru dəyişdirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu gün Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, indiyə qədər Uşaq evinin direktoru Məhbubə Hüseynova idi.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Bakıdakı 3 saylı Uşaq evində tərbiyə alan 17 yaşlı Məhəmməd Hacıyevin uşaq evindəki vəziyyətlə bağlı ittihamlar səsləndirməsi ilə əlaqədar müəyyən məlumatlar yayılıb

Diaspora