"Hər şəhid xəbərindən ürəyimiz sızlayır, paramparça oluruq. Amma dik qalmaqdan, sınmamaqdan, əyilməməkdən başqa seçimimiz də yoxdur".
Qaziler.az xəbər verir ki, bu haqda siyasi şərhçi Elçin Mirzəbəyli paylaşımında qeyd edib. O, yazıda ötən gün şəhid olan hərbçilərimizin ailələrinə başsağlığı verib və səbr diləyib:
"Biz ana südü kimi halal torpaqlarımızda bu günün yox, 200 ilin savaşını aparırıq. Soy-kökü bəlli olmayan, min ünvandan maya tutmuş bu iyrənc tayfanı torpaqlarımıza köçürənlərin, himayə edib qoruyanların niyyəti dəyişməyib. Məqsəd yenə də bu soysuz ikiayaqlıların vasitəsilə bizi hədəflərimizdən yayındırmaq, birliyimizə zərbə vurmaq, inkişafdan saxlamaqdan ibarətdir.
Əsla sarsılmaq, ruhdan düşmək, ruh düşkünlüyü yaratmaq, emosiyalara yenilmək olmaz.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Allah oğulsuz qalan ata-analarımıza, qardaş acısı çəkən bacı-qardaşlarımıza, namərd düşmənin gülləsiylə atasızlığa məhkum edilən balalarımıza səbr, dözüm versin!
Allah minərələrimizi azansız, göy üzünü ay-ulduzlu, üçrəngli bayraqsız qoymasın!
Allah xalqımıza, dövlətimizə, ordumuza güc və qüvvət versin!"
QAZİLER.AZ