Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub backend

Azərbaycanda daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub.

Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Diaspora