Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

Ermənistanın təxribatı nəticəsində  hərbi qulluqçularımız şəhid olub və yaralanıb backend

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

"Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", - nazirlikdən qeyd olunub.

Diaspora