Azərbaycanda "E-Pul" elektron ödəniş sistemi "Azərsu" ASC-nin abonentləri üçün su sayğacları üzrə smart-kartların məsafədən yüklənməsi xidmətini işə salıb. Bunu Trend-ə şirkətdən deyiblər.
"Azərsu" ASC-nin smart-kartlarını e-pul.az portalının "Kommunal xidmətlər" bölməsində yükləmək olar. Smart-kartları yükləmək üçün kart oxuyuculardan istifadə etmək lazımdır. Qurğunun qiyməti 25 manatdır.
Smart-kartı yükləmək üçün portaldakı proqramı yükləmək tələb olunur.