Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq

Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq backend

Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.

.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.
Diaspora