Yaponiyanın ”Marubeni Corporation” şirkətinin nümayəndələri “Baku Steel Company“də

Yaponiyanın ”Marubeni Corporation” şirkətinin nümayəndələri “Baku Steel Company“də backend

Sentyabrın 17-də Yaponiyanın "Marubeni Corporation" şirkətinin nümayəndələri "Baku Steel Company" MMC-də olublar.

MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Baku Steel Company" nin Müşahidə Şurasının sədri Rasim Məmmədov Yaponiya şirkətinin regional prezidenti Naoki İzumu və departament rəhbəri Masanide Okamoto ilə İran filiz yataqlarının hasilatı və işlənməsi, habelə Azərbaycan metallurgiya sənayesinin perspektivləri, Daşkəsən filizinin emalı və istifadəsi haqqında müzakirələr aparıb.

Qeyd edək ki, hələ bu ilin əvvəllərində İqtisadiyyat və Sənaye Nazirliyi və "Marubeni Corporation" şirkəti arasında Daşkəsən yataqları üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Diaspora