Səudiyyə Ərəbistanının iki astronavtdan ibarət Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi açıqlanıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, NASA, “SpeysX” və “Axiom Space” şirkətlərinin Ər-Riyadda keçirilən birgə mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavinin daxil olduqları “Axiom-2” missiyası mayın 8-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək. Onları təcrübəli amerikalı astronavtlar Peqi Uitson və Con Şofner müşayiət edəcəklər.