“Heydər Əliyev İli” çərçivəsində TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi “Ağaclar ağ ciyərlərimizdir” adlı ağacəkmə aksiyası təşkil edib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzin tabeliyində olan müəssisələrin həyətyanı sahələrində keçirilən aksiyada 150-dən çox həmişəyaşıl ağac əkilib.
Aksiyada Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan müəssisələrin əməkdaşları iştirak ediblər. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.



