Tovuz Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda intellektual turnir keçirilib.
QAZİLER.AZ AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, əsasən Azərbaycanın tarixi, mədəniyyəti, ümumi dünyagörüşü və Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı suallara cavab axtarılan intellektual turnirdə 20-ə yaxın idarə, müəssisə və təşkilatların komandaları iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin komandası birinci, Tovuz Peşə Liseyinin komandası ikinci, Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional bölməsinin komandası isə üçüncü yeri tutub.
Turnirin qaliblərinə kubok və medallar təqdim olunub.