Erməni vəhşiliyi: Şıxbabalı qəbirstanlığını yer üzündən siliblər - FOTO - VİDEO

Erməni vəhşiliyi: Şıxbabalı qəbirstanlığını yer üzündən siliblər -  FOTO - VİDEO backend

Xəbər verdiyimiz kimi bu gün Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndinə səfər edən kənd sakinləri ata-babalarının uyuduğu  qəbirstanlığı da ziyarət ediblər.

Bununla bağlı Qaziler.az saytına öz təəssüratını bölüşən kənd sakini , Qarabağ qazisi, səfərin təşkilatçılarından biri, qrup rəhbəri Araz Əsgərov təəssüflə  qəbirstanlıqda bütün başdaşlarını ermənilər tərəfindən dağıdıldığını bildirib."Qəbirstanlığı nə günə qoyublar, bu vəhşilər! Sinədaşlarını, başdaşlarını ekskavatorun qabağına verib dağıdıblar. Sonra o başdaşlarını bir yerə yığıb təpə düzəldiblər. Ürək ağrısız baxmaq olmur. Allah ermənilərə lənət eləsin". 

Kəndə səfər edən Qarabağ qazisi Rey Kərimoğlu kənd qəbirstanlığı ilə bağlı bir maraqlı fakt deyib: "Əslində keçən əsrin əvvəllərində salınan Şıxbabalı kənd qəbirstanlığının ərazisi bu başdaşını tapdığımız Cahan adlı qadının atası Şükür kişinin mülkiyyəti olub. O, öz torpağından bir neçə hektar kənd qəbirstanlğı üçün ayırıb".

QAZİLER.AZ

Diaspora