Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndinə növbəti səfər olub.
Qaziler.az bu barədə kənd sakini, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib.Onun verdiyi məlumata görə, 12 nəfər Şıxbabalı qazi və onların yaxınları bu gün dövlət xətti ilə kəndə səfər ediblər. "Növbəti qrup ay ərzində kəndi ziyarət edəcəklər".
R.Kərimoğlu bildirib ki, kənd sakinləri Şıxbabalıda üç şəhidin məzarını, dağıdılmış kənd qəbirstanlığını, evlərinin xarabalığını ziyarət ediblər. "Şəhidlərimizin, dünyadan köçənlərimizin ruhuna dua elədik. Ali Baş Komandana, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Emin Hüseynova, onun müavini Bəşir müəllimə, Fatma xanıma və digərlərinə təşəkkürümüzü bildiririk ki, qazilərin və kənd sakinlərinin müraciətinə müsbət yanaşaraq səfərə şərait yaratdılar. Səfərdə bizi DİN-in və ANAMA-nın əməkdaşı müşayət etdi. Onlara da öz dərin təşəkkürümüzü bildiririk. Ziyarətçilər həm də Ağdam Şəhidlər xiyabanını, məscidi və İmarət kompleksini ziyarət etdilər", - deyə qazi qeyd edib.
Rey Kərimoğlu döyüş yoldaşı Sənan Rüstəmovun məzarını ziyarət edib