“TeliaSonera“ Azərbaycan bazarında iştirakını azaldır

“TeliaSonera“ Azərbaycan bazarında iştirakını azaldır backend

"TeliaSonera" beynəlxalq telekommunikasiya şirkəti Azərbaycan bazarında iştirakını azaldır. Bu barədə Trend şirkətin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, şirkət yeni strategiyası çərçivəsində diqqətini Avropa, xüsusilə də İsveçdə fəaliyyətə ayıracaq və Avrasiya regionunda, o cümlədən Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistanda iştirakını azaldacaq: "TeliaSonera" vaxt ötdükcə Avrasiya regionunu tam tərk etməyi planlaşdırır. Avrasiya regionunda iştirakın azalması üzrə proses başlayıb, lakin bu mərhələdə onun nə qədər vaxt aparacağını qiymətləndirmək mümkün deyil. Şirkət Avrasiyada davamlı və məsuliyyətli işləməyi, əməliyyatları inkişaf etdirməyə davam edəcək".
Diaspora