Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 101 yeni yoluxma faktı qeydə alınıb.
Koronavirusa yoluxmuş 93 nəfər sağalıb, 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 056 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 403 nəfər müalicə olunaraq sağalıb, hazırda 460 aktiv xəstə var. Bu günə qədər 10 193 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 732, bu günə qədər isə ümumilikdə 7 564 431 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 388 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 956 804 olub.