Sabah gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.