Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxıldı

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasından buraxıldı backend

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə oradan çıxıb. 

Oxu.Az-ın məlumatına görə, onu qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 

Respublika Psixiatriya Xəstəxanası məlumatı saytımıza təsdiqləyib. Bildirilib ki, qardaşının ərizəsi əsasında yeniyetmə onun himayəsində evə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Daha sonra şikayətini bildirən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb. Daha sonra həkim də işdən çıxarılıb.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər. 

Diaspora