Azərbaycanda leysan - 4 ev dağıldı, 95 evi su basdı

Azərbaycanda leysan - 4 ev dağıldı, 95 evi su basdı backend

Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şimal bölgəsinə yağan güclü yağış Qusar rayonuna daha çox ziyan vurub. Yağış nəticəsində yaranan sel suları ümumilikdə 60-a yaxın evə dolub, 4 ev isə tamamilə yararsız vəziyyətə düşüb. Rayonun 10-dan artıq küçəsini sel suları yuyub.
Şəhərin Əzizbəyov küçəsində yerləşən Xanlar Abdurrəhmanov və Fatma Abdulkərimovaya məxsus evlər yağış sularının yaratdığı selin qurbanı olub.
Sel nəticəsində rayonun Çiləgir kəndində də bir ev dağIlıb. Ev sahibi 82 yaşlı Beykəz Məmmədov xəsarət alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti stabildir. Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və müvafiq texnikası cəlb olunub.

Qusar FHK-nın sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, artıq evlər sel sulardan təmizlənib. Dağılan 4 evdən 2-də yaşayış olmayıb. Digər iki evin sakinləri isə təhlükəsiz əraziyə köçürülüb. Dünən gecə saatlarından bağlı qalan yollar isə artıq açılıb.
Güclü sel nəticəsində Quba rayonunda da 35 evə su dolub. Rayonun Tülər kəndindəki körpü uçub. Hər iki rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Diaspora