Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Azərbaycanda yağışlı hava şəraiti davam edəcək backend

Sentyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Lent.az—ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.
Diaspora