Mayın əvvəlinə kimi Laçın dəhlizində post qoyulacağı gözlənilir - Politolo

Mayın əvvəlinə kimi Laçın dəhlizində post qoyulacağı gözlənilir - Politolo backend

"Azərbaycan Laçın dəhlizi ətrafında və Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirir. Həmçinin Qarabağa alternativ yollara nəzarəti bərpa etməklə separatçılar üzərində təzyiqləri gücləndirib".

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Demək olar ki, Ermənistanla Qarabağda separatçılar arasında hərbi lojistik əlaqələr kəsilib. Azərbaycan may ayının 10 kimi Ermənistanla sərhəddə Laçın dəhlizində nəzarət Buraxılış məntəqəsi quraşdıra bilər. Azərbaycan çox ciddi strateji yüksəkliklər və Şuşanın iki kəndinə nəzarəti ələ almaqla Ermənistanla şərti sərhəddə yeni ərazilərdə yerləşib.

Bütün proseslər Xankəndində Azərbaycanın de-yure suverenliyinin bərpasına hesablanıb. Bu il ərzində Ermənistandan Qarabağda erməni icmasına qaz və elektrik xətti dayandırıla bilər. Azərbaycan özü Xankəndi və ətrafını qaz və elektrik enerjisi ilə təmin etməsi gözlənilir. Qarabağda silahlı erməni birləşmələrinin ləğvinə gəldikdə isə, bu məsələdə öz həllini tapacaq", - deyə M. Əsədullazadə bildirib.

Onun fikrincə, artıq Yerevan Avropa İttifaqının müşahidə missiyasına da ümid etmir:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışırlarda irəliləyiş əldə edilməsi əsasən Ermənistan rəhbərliyinin Avropa İttifaqının müşahidə missiyasının əli ilə Azərbaycana təzyiq imkanlarını genişləndirmək durmuşdu. Artıq Yerevan Avropa İttifaqının müşahidə missiyasına da ümid etmir. Prezident İlham Əliyev bu il ərzində səssiz hərbi əməliyyat və diplomatiya ilə ciddi uğurlara imza atır".

QAZİLER,AZ

Diaspora