4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür.
Qaziler.az bildirir ki, bu münasibətlə aprelin 3-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində "Ermənistanın törətdiyi mina terroru" ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümud Mirzəyev, "Aktor" ictimai və sosial tədqiqatlar ictimai birliyinin sədr müavini Telman Məmmədov, "Ekoloji Maarifçilik və Monitorinq" ictimai birliyinin sədri Qəmzə Yusubova, "Hüquqi Təhlil və Araşdırmalar" ictimai birliyinin sədri Ramil İsgəndərli, "Çıraq Humanitar və inkişaf" ictimai birliyinin sədri Nadir Cəfərov mövzu ilə bağlı çıxış ediblər.
Bildirilib ki, minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur.
Mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə qeyri-hökumət təşkilatları adından bəyanat səsləndirilib.
QAZİLER,AZ