SOCAR və “Qazprom“ Azərbaycana qaz tədarükləri əməliyyatlarına başlayacaq

SOCAR və “Qazprom“ Azərbaycana qaz tədarükləri əməliyyatlarına başlayacaq backend

SOCAR və Rusiyanın "Qazprom "şirkəti yaxın vaxtlarda Rusiya qazının Azərbaycana tədarükləri üzrə svop əməliyyatlarına başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, tədarük edilən qaz Azərbaycanın yeraltı qaz anbarlarında saxlanılacaq: "Qazprom"un artıq təbii qazı var və buna görə də həmin həcmləri yeraltı qaz anbarlarına yerləşdirmək qərarına gəldik. İranla da bənzər danışıqlar apardıq. Tərəfimizdən qaz anbarlarımızın gücünü genişləndirdik və Rusiya qazının tədarükləri onların imkanlarının yoxlanılması üzrə özünəməxsus pilot layihə olacaq. Nəticədə SOCAR və "Qazprom" müvəqqəti svop sxeminə keçid haqqında razılığa gəliblər. Rusiya qazının tədarükü gələn ay sutkada təqribən 10 milyon kubmetr həcmində başlayacaq. Ümumilikdə isə söhbət ildə təqribən 2 milyard kubmetr həcmində tədarükdən gedir".
Diaspora