Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar - Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmayı kənd sakini Elnur Quliyev, Rza Kərimov, Kərbəlayi Qoşqar, Kərbəlayi Kahin və Kərbəlayi Farizdir.
