İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.
QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, tərəflər Rusiya və onun subyekti - Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.
Kadırov həmçinin əlavə ki, görüşdə sərhədyanı əməkdaşlıq və qarşılıqlı ticarətin həcminin artırılması məsələsi qaldırılıb.
