Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) “Azərbaycan həqiqətləri dünya kitabxanalarında” layihəsinə başlayıb.
Trend-in məlumatına görə, layihənin məqsədi kitablar vasitəsilə Azərbaycan həqiqətlərini dünyada yaymaqdır. Eyni zamanda layihənin hədəfi ermənilər tərəfindən universitet kitabxanalarında Azərbaycan haqqında yayılan yanlış məlumatların qarşısını almaqdır.Layihə çərçivəsində ilkin olaraq dünyanın məşhur universitetlərinin kitabxanalarında Azərbaycan guşələri yaradılacaq. Bu guşələrdə Azərbaycan haqqında kitab, jurnal, broşür və CD-lər yerləşdiriləcək. Layihənin ikinci mərhələsində dünyanın tanınmış kitabxanalarında Azərbaycanla bağlı guşə və kataloqlar yaradılacaq.
Qeyd edək ki, layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir.